Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
4 Oktyabr , 2019
4 oktyabr 2019-cu il tarixində Sabunçu rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsi 107 saylı orta məktəbin 6a sinifi ilə birlikdə “Müəllim ruhun tərbiyəşiçisidir” adlı söhbət keçirdi.
Söhbəti giriş sözü ilə uşaq şöbəsinin baş kitabxanaçısı R.Hümbətova açaraq bu gün münasibətilə müəllimləri və uşaqları təbrik etdi, onlara işlərində uğurlar arzuladı. Müəllimlər günü YUNESKO-nun qərarı ilə 1996-cı ildən bayram kimi qeyd olunur. Ölkəmizdə isə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlayıb. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”-deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. 107 saylı məktəbin direktoru J.Məhərrəmova, direktor müavini E.Əliyeva onlara verilən qiymət görə hər kəsə təşəkkür etdi. 6a sinifinin sinif rəhbəri Ş.Vəliyeva şagirdlərə dərslərində uğurlar arzuladı. Şagirdlər Arzu Balakişiyeva, Nəcmə Zəki, Nuray Hüseynova, Dilarə Əliyeva, Gülər Qarayeva müəllimə aid şeirlər söylədilər.
Kitabxananın kitabxana informasiya texnologiyaları üzrə mütəxəssisi V.Həsənova uşaqlarla disskusiya edib, müəllim haqqında aforizimlərdən danışıb.
Foto Qalereya