Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Xəbərlər
2 Dekabr , 2019

Yusif Əliyusif oğlu Əliyev 1969-cu il dekabr ayının 2-də Bakının Qobustan qəsəbəsində anadan olmuşdur.Qəsəbədəki 223 saylı orta məktəbi bitirmişdir.

1988-ci ildə ordu sıralarına çağırılmış, hərbi xidmətini  Sverdlovsk şəhər piyada qoşun hissəsində keçmişdir.

1990-cı ildə ordudan tərxis olunaraq Bakıya qayıtmışdır. İlk döyüş yolu 1991-ci ilin fevralında Goranboydan başlamışdır. Həmin ərəfədə ermənilər Buzluq, Mənəşid, Erkəs kəndləri istiamətindən hücum etmişlər. 1991-cisentyabr ayının 14-də düşmən Buzluq kəndinə hücum etdikdə əsgərlərimizə sursat çatdırmaq Yusifin həyatı bahasına başa gəlmişdir. Həmin döyüşdə Yusif Əliyev qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı  ilə Əliyev Yusif Əliyusif oğluna ölümündən sonra “Azərbaycanın Milli qəhrəmanı” fəxri adı  verilmişdir.

 Ağsu rayonunun Rəhimli kəndində dəfn edilmişdir.

Qobustan qəsəbəsindəki 195 saylı orta məktəb Milli Qəhrəmanın adını daşıyır. Məktəbdə büstü qoyulmuşdur.

“Yaddaş”studiyasında Yusif Əliyevin xatirəsinə həsr olunmuş “Vətənə bağışlanan həyat”  sənədli filmi çəkilmişdir. 2015-ci ildə Qobustan qəsəbəsindəki Aşıq Rza adına Mədəniyyət evində təqdimatı keçirilmişdir.