Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Xəbərlər
3 Dekabr , 2019

3 dekabr Beynəlxalq əlilliyi olan şəxslər günü kimi qeyd olunur. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir.

Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır.

Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial  rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır.

Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmuşdur. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilmişdir. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanmışdır. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reablitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapmışdır. Bakıda və regionlarda əlillər üçün reablitasiya mərkəzləri, protez-ortopedik müəssisələr yaradılmışdır.

Əlillərin, şəhid ailələri və müharibə veteranarının sosial müdafiəsi Prezident İlham  Əliyevin  də diqqət mərkəzindədir. Dövlət başçısının əhalinin sosial  problemərinin həllinə xüsusi qayğısı əlillərin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpasına şərait yaratmışdır.Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu sahədə qanunvericilik təkmilləşdirilmişdir.

2014-cü il iyunun 20-də dövlətimizin başçısının verdiyi Sərəncama uyğun olaraq  Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyinin sifarişi əsasında Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların ailələri və əlillər üçün mənzillər  və şəxsi evlər tikilmiş, həmin kateqoriyadan olan 5560 ailəyə (onlardan təxminən 5 100 nəfərini Qarabağ müharibəsinin əlilləri və şəhid ailələri təşkil edir) mənzil və ya fərdi evlər verilmişdir. Ölkəmizdə 6 min  nəfərə yaxın əlil, o cümlədən 72 min sağlamlıq imkanları məhdud uşaq var. Onların hər birinin sağlamlığına, taleyinə və yaşam tərzinə qayğı ilə yanaşmaq, üzləşdikləri çətinlik və problemləri yüngülləşdirmək təkcə dövlətin yox, həm də hər kəsin vəzifəsi olmalıdır.