Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
16 Dekabr , 2019
16 dekabr tarixində Sabunçu rayon Mərkəzi Kitabxanasında kitabxana filialları ilə birlikdə illik hesabat iclası keçirilib.
Hesabat iclasında Sabunçu rayon MKS-inin direktoru, direktor müavini, şöbə müdirləri və kitabxana filiallarının müdirləri iştirak ediblər.
Seminarı Sabunçu rayon MKS-inin direktoru N.Hüseynova açıb.
MKS-in kitabxanaçılarının bilik, peşəkarlıq və təcrübə səviyyəsinin artırılması və kitabxana işi sahəsindəki təlimatların, yeniliklərin öyrənilməsi məqsədilə keçirilməsini vurğulayıb. Kitabxana filialların fəaliyyətinin təhlili, kitabxanalarda oxucularla işin, onlara göstərilən xidmətin səviyyəsini öyrənmək, oxucu sorğularının ödənilməsi kimi məsələlərə toxunulub.
Daha sonra informasiya resurs şöbəsinin müdiri Z.Nəcəfova, metodika-biblioqrafiya şöbəsinin müdiri S.Nuriyeva, oxuculara xidmət şöbəsinin müdiri İ.Vəliyeva, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırma şöbəsinin müdiri K.Əhmədova, uşaq şöbəsinin müdiri R.İmanquliyeva, kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri S.Tağıyeva görülmüş işlər haqqında çıxış ediblər.
Sabunçu rayon Mərkəzi Kitabxanasının və kitabxana filiallarının saytları, metodik və biblioqrafik vəsaitlərin hazırlanma qaydaları, tədbirlərin vaxtında icrası haqqında tapşırıqlar verilib.
Foto Qalereya