Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
21 Fevral , 2020
21 fevral tarixində Sabunçu rayon MKS-nin Mərkəzi Kitabxanası Sabunçu rayon Gənclər və İdman İdarəsiylə birlikdə 107 nömrəli məktəbdə şagirdlər arasında Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş "Xocalı soyqırımını unutma" adlı rəsm və inşa müsabiqəsi keçirib.

Əvvəlcə həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilib, sonra Sabunçu rayon Gənclər və İdman İdarəsinin əməkdaşı E.Məmmədova, kitabxananın oxuculara xidmət şöbəsinin baş kitabxanaçısı T.Qasımova faciə haqqında acı təəssüratlarını danışıblar. Qeyd edilib ki, biz milli-mənəvi bütövlüyümüzlə, Azərbaycan dövlətçiliyi ətrafında sarsılmaz birliyimizlə haqqın və ədalətin təntənəsinə nail olacağıq.

Sonda qaliblər diplomla mülafatlandırılıb.
Foto Qalereya