1993-cü il tarixli qətnaməsinə əsasən, 1994-cü ildən başlanaraq, hər il 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur.
Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq deyib: “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”.
Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycab Respublikaslnln Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Dövlət başçımız İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək demişdir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və 1 nömrəli filialı Beynəlxalq Ailə Günü münasubətilə videoçarxlar hazlrlayıblar.
Videoçarxları aşağıdakı keçidlərdən izləyə bilərsiniz:
https://www.instagram.com/tv/CALceuUhj3f/?igshid=hkdqqnq4pdt2
https://www.instagram.com/p/CALSdGNBs1k/?igshid=10r8k5we4czbt