Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
18 May , 2020

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS-nin 1,2 və 12saylı filialları Laçın rayonunun erməni işğalçıları tərəfindən işğalı tarixinə həsr olunmuş videoçarxlar hazırlayıblar.  

Laçın rayonunun işğalından 28 il ötür. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün davamı kimi 1992-ci il mayın 18-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu işğal edilib. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb və hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşayır.

Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.

Videoçarxı aşağıdakı linklərdə izləyə bilərsiniz:

https://youtu.be/HKUokW4Hu_o

https://youtu.be/A6xKG5OEBFc

https://youtu.be/RurxWnfP_o0

https://instagram.com/sabuncurayon_mks?igshid=5dcuvqkkm730

https://www.facebook.com/profile.php?id=100008315450393