Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
23 Avqust , 2020

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərləzləşdirilmiş Kitabxana Sisteminin İnformasiya-resurs şöbəsi general-mayor Polad Həşimovun əziz xatirəsinə həsr olunmuş videoçarx hazırlayıb. 

Videoçarxda Şəhid general-mayor Polad Həşimovun həyatından və keçdiyi döyüş yolundan bəhs edilib. 

2016-cı ilin “Aprel döyüşləri”ndə göstərdiyi şücaətə görə dövlətin ona bağışladığı evi özü kirayədə qala-qala, şəhid ailəsinə bağışlayan general...

Sosial şəbəkədə hamı ondan yazır, tanıyan da tanımayan da... İyulun 14-də cəbhənin Tovuz rayonu istiqamətindəki qanlı döyüşlərdə qəhrəmancasına şəhid olan generaldan... O general ki, öz əməlləri ilə əsgərlərinin könlündə taxt qurubmuş...

Şəhid general-mayor Polad Həşimov... Qarabağ müharibəsi başlayandan bəri döyüş şəraitində şəhid olan ilk generaldır... Döyüş zamanı müdafiənin ön xəttində olan Polad Həşimov sübut etdi ki, Azərbaycan Ordusunda generallar da əsgərlərlə bir çərgədə, ön sırada düşmənə qarşı vuruşur...

Əslən Qəbələnin Vəndam kəndindən olan general-mayor Polad İsrayıl oğlu Həşimov 1975-ci ildə Sumqayıtda doğulub. Orta məktəbi də elə həmin şəhərdə bitirib. Ali hərbi məktəbi Azərbaycanda, hərbi akademiyanı isə Türkiyədə oxuyub. 

2003-cü ildə "Hərbi xidmətlərə görə", 2009-cu ildə "Vətən uğrunda" medalları ilə təltif edilib. 2014-cü ildə III dərəcəli "Vətənə xidmətə görə",2016-cı ildə "Aprel döyüşləri" zamanı göstərdiyi qəhrəmanlığa görə  II dərəcəli "Vətənə xidmətə görə" ordenlərinə layiq görülüb.

2019-cu ilin 24 iyununda Polad Həşimova general-mayor rütbəsi verilib. İki oğlu və bir qızı var.

Əziz oxucular, videoçarxı kitabxananın “Instagram” və “Facebook” hesablarından izləyə bilərsiniz.

https://www.facebook.com/100008315450393/videos/2816112808675873

https://www.instagram.com/tv/CD7Bl6th9ol/?utm_source=ig_web_copy_link