Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
17 Avqust , 2020

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 

“Mənəvi dəyərlərimiz, mədəni irsimiz”layihəsi çərçivəsində mövzu ilə bağlı silsilə videoçarxlar hazırlayır. Bu dəfə izləyicilərə Azərbaycan xalçaları haqqında videoçarx təqdim edilib.

Tarixi faktlar sübut edir ki, Azərbaycan xalçası həmişə ixrac məhsulu olub. Təsadüfi deyildir ki, intibah dövrünün İtaliya, Holland, Flamand rəssamlarından Hans Memlinqin "Məryəm körpəsi ilə", Karlo Krivellonun "Müjdə", Hans Holbeynin "Elçilər" tablolarında Qarabağ, Gəncə və Qazax xalçalarının təsviri verilib. 

Bu gün dünyanın "Viktoriya və Albert", "Metropoliten", "Luvr", "Ermitaj" kimi nüfuzlu muzeylərində, Filadelfiya, San-Fransisko, Boston şəhərlərinin müxtəlif profilli sənət məbədlərində, Gürcüstanın Milli Muzeyində, Rusiyanın Etnoqrafiya Muzeyində, şəxsi kolleksiyalarda qorunan Azərbaycan xalçaları ümumbəşəri sərvətə çevrilib. Bu xalçalar ölkəmizin zəngin mədəniyyətini nümayiş etdirərək, Azərbaycan xalqının nə qədər istedadlı, bəşəri dəyərlərə töhfə verən, sülhsevər olduğunu dünyaya göstərir.

Bütün bunları – xalçaçılığın tariximizin öyrənilməsində, milli mədəniyyətimizin təbliğindəki rolunu, iqtisadiyyatımızın inkişafına verəcəyi töhfələri dərindən təhlil edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tarixi ənənəni yaşatmaq üçün "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin yaradılmasına sərəncam verib, xalçaçılığın inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirməkdədir.

Videoçarxı aşağıdakı linklərdə izləyə bilərsiz.

https://youtu.be/zHNfkkYNW0M

https://instagram.com/sabuncurayon_mks?igshid=1rzcsf010fr9k

https://www.facebook.com/profile.php?id=100008315450393