Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
4 Sentyabr , 2020

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Sabunçu rayonunun abadlaşdırılması silsiləsindən hər kəsin marağına səbəb olan Balaxanı qəsəbəsinə virtual ekskursiya təşkil ediblər.

Balaxanı Bakının ən qədim qəsəbələrindən sayılır. Qəsəbə Bakının şimal-şərqində, Abşeron yarımadasının mərkəzində yerləşir, Sabunçu qəsəbəsi, Ramana kəndi, Zabrat qəsəbəsi, Digah və Məhəmmədi kəndləri ilə qonşudur. Şimal səmtindəki yüksəklikdə kəndi iki – "Yuxarı" və "Aşağı" – məhəlləyə bölən qədim qəbiristanlıq var. Balaxanının şimal hissəsi "Rzaqulu məhəlləsi", cənub hissəsi əhali tərəfindən "Canhüseyn məhəlləsi" adlanır. Kənd demək olar ki, bu günə qədər özünün ənənəvi plan-forma quruluşunu saxlaya bilib. Evlər bir-birinə yaxın, ensiz küçələr, ənənəvi həyətyanı sahələri, mövcud məhəllə sistemi ilə seçilir. 1989-cu ildən başlayaraq, qəsəbənin qərb hissəsində “Yeni Balaxanı” adlanan yaşayış massivi formalaşmağa başlayıb. Yeni Balaxanı massivi (Fazenda) Qədim Balaxanıdan fərqli olaraq, eni 10-15 metr olan paralel küçələr şəklində salınıb.

Kəndin adının mənası Q.İlkinin "Bakı və bakılılar" kitabında qeyd olunub: “"bala" – yuxarı, hündür, "xana" – ev deməkdir”. Yerli balaxanılılar isə öz dillərində bu kəndə "Bəəxonə" deyir ki, “bəə” - yuxarı “Xonə” – ev deməkdir. Balaxana qədim zamanlarda karvansarayların giriş qapısı üstündə olan kiçik otağa (mezonin, yaxud antrosol) deyərdilər. Bunlar yarım mərtəbə şəklində olardı. Hazırda belə otaqlar Bakının 40 kilometrliyində, 1439-1440-cı illərdə tikilmiş Səngəçal karvansarayının və Suraxanıdakı 1713-cü ildə inşa edilmiş Atəşgahın qapısı üstündə var.

Mövzu ilə bağlı məlumatı aşağıdakı keçidlərdən izləyə bilərsiniz:

https://www.instagram.com/tv/CErrteiBiOV/?igshid=xf8u4f9za1me

https://www.facebook.com/100008315450393/videos/2833563373597483